Politico: Britaniya ordusu müdafiə xərclərinə baxmayaraq zəifdir
Hazırda Böyük Britaniya ordusu müdafiə xərclərini artırsa da, zəif olaraq qalır.
TodayPress xəbər verir ki, bu barədə “Politico” nəşri ölkənin müdafiə naziri Con Hili, eləcə də britaniyalı ekspertlərin rəyinə istinadən məlumat yayıb.
“Öz ehtiyatlarımız boş olduğu üçün yenidən silahlanmalı olsaq, Ukraynanı nə vaxta qədər real şəkildə dəstəkləyə bilərik ?” deyə London Kral Kollecinin Müharibə Tədqiqatları Departamentinin eksperti Marina Morin problemlərdən birini dilə gətirib.
Eyni zamanda, tədqiqatçının fikrincə, Britaniya hökuməti heç vaxt silahlı qüvvələrin təkmilləşdirilməsi üçün ardıcıl strategiya tərtib etməyib, baxmayaraq ki, nazir Hilinin uzun müddət ordunun müharibəyə hazır olmamasına diqqət çəkib.
Bu baxımdan Böyük Britaniya hazırkı şəraitdə həqiqətən Ukraynaya nə dərəcədə dəstək verə biləcəyini sual altına atıb.
Töhfə Səməd
tag: Britaniya,Ordu,MÜdafiə,Xərc,Todaypress.az,