Politico: Dövlət Departamenti kəskin şəkildə ixtisar ediləcək

Dünya

28.02.2025 10:45

1985

ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentində ciddi ixtisarlar aparmağı, diplomatların, konsulluqların sayını azaltmağı və departamentin səlahiyyətlərini məhdudlaşdırmağı planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. 

Bildirilib ki, Dövlət katibi Marko Rubio ABŞ-nin xaricdəki bir sıra səfirliklərini bağlamağa hazırdır. Dövlət Departamentinin icraçı katibliyi Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyindən ABŞ səfirliklərini əhəmiyyət dərəcəsinə görə sıralamağı istəyib. İxtisar ediləcək konsulluqlar siyahısına Fransa (Renn, Lion, Strasburq, Bordo), Almaniya (Düsseldorf, Leypsiq, Hamburq), İtaliya (Florensiya), Portuqaliya (Ponta-Delqada) və Braziliyada (Belu-Orizonti) yerləşən nümayəndəliklər daxildir.

Bundan əlavə, Dövlət Departamentinin əməkdaşlarının ən azı 20%-nin ixtisar ediləcəyi gözlənilir. Xaricdə fəaliyyət göstərən amerikalı diplomatlara isə işçi sayına dair hesabat hazırlamaq göstərişi verilib. Yaxın günlərdə Marko Rubionun sınaq müddətində olan bir neçə yüz əməkdaşın işdən çıxarılacağını elan edəcəyi gözlənilir. 

Qiymət Mahir

tag: ABŞ,Dövlət Departamenti,İşçi,İxtisar,Todaypress.az,