Politico: Mers Rusiyaya qarşı sərt siyasət yürüdəcək

Dünya

24.02.2025 12:28

2361

Almaniyada kansler ola biləcək Fridrix Mers Rusiya və onun lideri Vladimir Putinə qarşı daha sərt siyasət aparacaq. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” nəşri Almaniyada keçirilən parlament seçkilərinin nəticələrini təhlil edərək məlumat yayıb.

Jurnalistlərin fikrincə, Qərbi Almaniyadan olan tipik mühafizəkar kimi Mers sərt xəttə sadiq qalacaq və bu, hazırkı kansler Olaf Şoltsun siyasətindən kəskin şəkildə fərqlənəcək. 

Nəşr bildirib ki, Şolts Ukraynaya dəstək məsələsində ehtiyatlı mövqeyinə və Rusiya ilə münasibətlərdə “qırmızı xətləri” keçmək istəməməsinə görə tez-tez tənqid edilirdi. Mersin kansler seçilməsi isə Almaniyanın Ukraynaya həm iqtisadi, həm də hərbi yardımlarını artırmasına səbəb ola bilər.

Bundan əvvəl Mers bəyan etmişdi ki, Almaniya gec-tez Rusiya ilə münasibətləri normallaşdırmalı olacaq. Lakin indiki mərhələdə o, Ukrayna hakimiyyətini dəstəkləməyi və Kiyevə uzun mənzilli “Taurus” qanadlı raketlərinin verilməsini zəruri sayır.

Qiymət Mahir

tag: Almaniya,Fridrix Mers,Rusiya,Putin,Ukrayna,todaypress.az,