Politico: Tramp Zelenskiyə münasibətini yumşaldır
ABŞ prezidenti Donald Tramp Konqresdəki çıxışında Ukrayna lideri Volodimir Zelenski ilə yaxınlaşmağa eyham vurub.
TodayPress xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
ABŞ lideri çıxışında Zelenskidən vacib məktub aldığını, orada Kiyevə verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etdiyini və davamlı sülhə nail olmaq üçün prezident Trampın güclü rəhbərliyi altında çalışacağını vəd etdiyini bildirib.
Amerika lideri, öz növbəsində, ukraynalı həmkarına münasibətini yumşaldaraq, bu mesajı çox yüksək qiymətləndirdiyini qeyd edib.
Töhfə Səməd
tag: Tramp,Zelenski,ABŞ,Ukrayna,Üzr,Todaypress.az,