Politoloq: "Amerika demokratiyası Trampa görə çökür"
"Donald Trampın dövründə Birləşmiş Ştatlar demokratik olmaqdan çıxır və avtoritarizmə doğru gedir".
TodayPress xəbər verir ki, bunu “Der Spiegel”ə müsahibəsində politoloq və Harvard Universitetinin hökumət professoru Stiven Levitski deyib.
“Biz demokratiyamızın süqutunun şahidi oluruq. Donald Trampın dövründə ABŞ avtoritarizm formasına doğru gedir. Bu inkişafın geri dönməz olması ehtimalı azdır. Lakin Birləşmiş Ştatlar demokratik olmaqdan çıxır” ekspert bildirib.
Levitskinin fikrincə, söhbət “rəqabətli avtoritarizmdən” gedir. O zaman formal demokratik institutlar qorunub saxlanılır, lakin onların mahiyyəti məhv edilir. Onun sözlərinə görə, demokratik rəqabət hələ də mövcuddur, lakin bu ədalətsizdir, çünki hakimiyyətdəki siyasətçilər dövlət resurslarından istifadə edərək vəziyyəti öz maraqlarına uyğun manipulyasiya edirlər.
Töhfə Səməd
tag: Donald Tramp,ABŞ,Stiven Levitski,todaypress.az,