Politoloq: “Putinin təklifi Türkiyəyə olan inamdan xəbər verir”
“Rusiya prezident Vladimir Putinin Ukrayna ilə danışıqların İstanbul formatında bərpası təklifi Türkiyəyə olan siyasi etimadın göstəricisidir”.
TodayPress xəbər verir ki, bu barədə türkiyəli politoloq Hamit Emrah Beriş “A Haber” telekanalına açıqlamasında bildirib.
“Putin aydın şəkildə göstərdi ki, Ukrayna məsələsində əvvəlki kursunu davam etdirir və güzəştə getmək niyyətində deyil. Danışıqlar üçün yenidən Türkiyənin seçilməsi onu göstərir ki, o, Ankaraya güvənir” deyə politoloq vurğulayıb.
Qiymət Mahir
tag: Rusiya ,Vladimir Putin,Ukrayna ,İstanbul ,todaypress.az,