Polşa "Abrams" tanklarının ilk partiyasını aldı
Polşa ABŞ istehsalı olan "Abrams" tanklarının ən yeni M1A2SEPV3 veriyalarının ilk partiyasını alıb.
TodayPress xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Onun sözlərinə görə, ilk partiya 28 ədəd texnikadan ibarətdir.
Əvvəlcə tanklar sınaqdan keçiriləcək, sonra isə Polşa ordusuna göndəriləcək.
Xatırladaq ki, 2022-ci ilin avqustunda Amerikanın "General Dynamics" müdafiə konserni Varşavanın M1A2SEPV3-ün son versiyasının 250 "Abrams" tankının tədarükü üçün Vaşinqtonla müqavilə imzaladığını elan etmişdi. Maşınların ümumi dəyəri 1,1 milyard dollar qiymətləndirilirdi. Amerika tanklarının 18-ci Mexanikləşdirilmiş Diviziya və 1-ci Varşava Tank Briqadasına təhvil veriləcəyi və tədarükünün 2026-cı ilə qədər başa çatdırılacağı güman edilir.
Nicat Osman
tag: Abrams tankları,Polşa,ABŞ,X,Todaypress.az,