Polşa ABŞ-dən nüvə silahı tələb etdi

Dünya

13.03.2025 09:53

1755

Polşa prezidenti Andjey Duda ABŞ-dən ölkədə nüvə silahı yerləşdirməyi tələb edib.   

TodayPress xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. 

Polşa lideri bu məsələni Amerika prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla müzakirə edib.   

O, ABŞ lideri Donald Trampın nüvə silahını Qərbdən Polşa ərazisinə keçirə biləcəyini hesab edir.

Siyasətçi hesab edir ki, 1999-cu ildə NATO-nun sərhədləri şərqə keçib, ona görə də 26 ildən sonra Alyansın infrastrukturu da şərqə doğru hərəkət etməlidir. 

Türkan İsgəndərli

tag: Polşa,ABŞ,Andyej Duda,Nüvə,Tələb,Todaypress.az,