Polşa ABŞ ilə 2 milyard dollarlıq müqavilə imzalayacaq

Dünya

31.03.2025 16:35

1479

Polşa “Patriot” raketdən müdafiə sistemi üçün logistik dəstək göstərilməsi məqsədiylə ABŞ ilə 2 milyard dollarlıq müqavilə imzalamağı planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

“Hava hücumundan müdafiə Polşa ordusuna ən böyük investisiyadır və çox resurs tələb edir. Bu, Polşa səmasının, Polşanın hava məkanının qorunmasıdır – ona görə də bu, bizim üçün mütləq prioritetdir və bu sahədə Polşa-Amerika əməkdaşlığının olması çox yaxşıdır” deyə nazir bildirib.

tag: Polşa,ABŞ,Patriot,Müqavilə,Todaypress.az,