Polşa ABŞ-nin yeni tariflərindən narahatdır
ABŞ-nin yeni tariflərin tətbiqi Polşanın ÜDM-in artım tempini 0,4% azaldacaq.
TodayPress xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Task “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
“İlkin hesablamalara görə, ABŞ-nin yeni tarifləri Polşanın ÜDM-nə mənfi təsir edərək 10 milyard zlotidən (təxminən 2,63 milyard dollar) çox itkiyə səbəb ola bilər” deyə Task bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bütün idxal mallarına 10%-lik əsas rüsumlar tətbiq edəcəyini açıqlayıb.
O, bu addımı ticarət balansının pozulmasının ABŞ-nin milli təhlükəsizliyinə təhlükə yaratması ilə izah edib.
Aysel Mətləb
tag: Polşa,Donald Task,ABŞ,Tarif,Todaypress.az,