Polşa ABŞ şirkətləri ilə razılığa gəldi

Dünya

01.04.2025 19:29

1039

Polşa hökuməti ilə ABŞ-nin “Westinghouse” və “Bechtel” şirkətləri arasında ölkədə ilk atom elektrik stansiyasının (AES) inşasına dair ara razılaşma üzrə danışıqlar yekunlaşıb.

TodayPress xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “TVP Info” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Varşava öz maraqlarına uyğun ən əlverişli şərtləri razılaşdırmağa və layihə üzərində maliyyə nəzarətini təmin etməyə nail olub.

Qeyd edək ki, Polşanın ABŞ şirkətləri ilə əvvəlki razılaşması martın 31-də qüvvədən düşmüşdü.

Yeni AES Baltik dənizi sahilində, Qdansk yaxınlığında inşa ediləcək. 2033-cü ildə istismara verilməsi planlaşdırılan stansiya altı enerji blokundan ibarət olacaq və ümumi gücü 9 QVt təşkil edəcək.

Hazırda “Westinghouse” və “Bechtel” şirkətləri layihə üzrə hazırlıq işlərinə başlayıblar.

Bununla yanaşı, 2024-cü ilin fevralında Finlandiyanın “Fortum” enerji şirkəti ilə Polşanın “PEJ” şirkəti arasında AES-in inşası çərçivəsində xidmətlərin göstərilməsinə dair çərçivə sazişi imzalanıb. Xatırladaq ki, daha əvvəl Polşada alternativ enerji mənbələrinə mərhələli keçid planı elan edilmişdi. 

Qiymət Mahir

tag: Polşa,ABŞ,Razılıq,Şirkət,Todaypress.az,