Polşa ABŞ-yə “TNT” satacaq
“Polşa yaxın 3 il ərzində ABŞ-yə 18 min ton “TNT”( hərbi əməliyyatlarda geniş istifadə edilən partlayıcı) tədarük etməyi planlaşdırır”.
TodayPress xəbər verir ki, bunu Polşanın milli müdafiə nazirinin müavini Sezari Tomçik jurnalistlərə məlumat verərkən deyib.
“Biz imkanlarımızı bölüşür və məhsullarımızı ABŞ-yə satırıq” deyə o bildirib.
Nazir müavini qeyd edib ki, müqavilənin dəyəri təxminən 1,2 milyard zloti (300 milyon dollar) təşkil edir və bu, böyük bir razılaşmadır.
Aysel Mətləb
tag: Polşa,ABŞ,TNT,Satış,Todaypress.az,