Polşa Aİ-nin nüvə çətirinə daxil olmaq istəyir
"Polşa Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqının (Aİ) nüvə çətiri ideyasının bir hissəsi kimi nüvə silahına çıxış axtarmalıdır".
TodayPress xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Task bildirib.
“Biz heç kimin tənqidindən qorxmayacağıq – müdafiə qabiliyyətimizi gücləndirməyə töhfə verən hər şey həyata keçiriləcək və istifadə olunacaq” siyasətçi vurğulayıb.
Polşa Seymində çıxış edən Task ölkənin nüvə və digər qeyri-ənənəvi silahlara çıxışını təmin etmək istədiyini bildirib. Polşanın baş naziri vurğulayıb ki, ölkə ən müasir silahlarla təmin edilməlidir.
Onun sözlərinə görə, Varşava hazırda Aİ-nin "nüvə çətiri" təşəbbüsü ilə bağlı Fransa ilə ciddi danışıqlar aparır.
Töhfə Səməd
tag: Polşa,Avropa İttifaqı,Nüvə,Çətir,Todaypress.az,