Polşa Belarusla sərhədə əlavə sərhədçi göndərəcək

Dünya

03.05.2025 19:40

11

Polşa Belarusla sərhədin mühafizəsini gücləndirmək üçün əlavə 1500 sərhəd xidmətçisinin göndəriləcəyini açıqlayıb.

TodayPress xəbər verir ki, bu barədə Polşanın daxili işlər və administrasiya naziri Tomaş Semonyak məlumat verib. 

Onun sözlərinə görə, bu addım sərhədin təhlükəsizliyini artırmaq məqsədi daşıyır və qüvvələrin şərq sərhədində cəmləşdirilməsinə yönəlib.

Hazırda bölgədə 3 500 sərhədçi, 6 000-dən çox hərbçi, 350 polis əməkdaşı və əlavə ehtiyat qüvvələr xidmət aparır.

Semonyak sərhədçilərə “yeni alətlər” veriləcəyini də bildirib, lakin hansı texniki vasitələrin nəzərdə tutulduğunu açıqlamayıb.

Qiymət Mahir

tag: Polşa,Belarus,Sərhədçi,Sərhəd,todaypress.az,