Polşa Belarusla sərhədə piyada əleyhinə minalar yerləşdirir
Polşa Belarusla sərhəddə piyada əleyhinə minalarla silahlanmağı planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərar müzakirə olunsa da, hələ qəbul edilməyib. Onun sözlərinə görə, Estoniya , Latviya , Litva və Polşa müdafiə nazirliklərinin hökumətlərinə bu cür silahlara malik olmağı qadağan edən Ottava Konvensiyasından çıxmaq istəyir.
Polşa müdafiə nazirinin müavini Pavel Bejda ölkəsinin “Şərq Qalxanı” layihəsi çərçivəsində digər istehkamlarla birlikdə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün çalışdıqlarını bəyan edib.
Türkan İsgəndərli
tag: Polşa,Belarus,Mina,Sərhəd,Todaypress.az,