Polşa əhalisi Ukraynaya silah tədarükü ilə bağlı mövqeyini açıqladı
Polşa sakinlərinin yarıdan çoxu Ukraynaya silah tədarükünə qarşı çıxıb.
TodayPress xəbər verir ki, bu barədə “Opinia24” sosioloji mərkəzinin keçirdiyi sorğunun nəticələrində bildirilib.
Polşanın Ukraynanı daha çox silahla təmin etməli olub-olmaması barədə suala polyakların 27 faizi “qətiyyən yox” cavabını verib, digər 26 faiz respondent isə “yəqin ki, yox” variantını seçib. 17 faiz isə “bilmirəm” deyib. Respondentlərin yalnız 9 faizi “mütləq bəli” variantını seçib. Nəticəyə əsasən Polşada əhalinin yarıdan çoxu (53 faiz) Kiyevə silah tədarükünün davam etdirilməsinə qarşıdır.
Nicat Osman
tag: Polşa,Ukrayna,Silah,Tədarük,Todaypress.az,