Polşa Gürcüstan nümayəndələrinin ölkəyə girişinə qadağa qoydu

Dünya

17.04.2025 21:10

16

Polşa hakimiyyəti etirazçılara qarşı güc tətbiq etməkdə şübhəli bilinən Gürcüstan təhlükəsizlik orqanlarının 8 nümayəndəsinin ölkəyə girişini məhdudlaşdırıb.

TodayPress xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

“Gürcüstanda müxalifətə qarşı repressiyaların artmasına cavab olaraq, Polşa etirazçılara qarşı güc tətbiq etməkdə məsul olan səkkiz təhlükəsizlik qüvvələri üzvünə ölkəyə giriş qadağası qoyub” bəyanatda deyilir.

Lakin Xarici İşlər Nazirliyi həmin təhlükəsizlik işçilərinin adını açıqlamayıb.

tag: Polşa, Gürcüstan, Etiraz, Təhlükəsizlik, XİN, todaypress.az,