Polşa Gürcüstan vətəndaşlarını deportasiya etməyə başladı
Polşa “gürcü bandaları”nın deportasiyasına başlayıb.
TodayPress
xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk sosial media
paylaşımında qeyd edib.
O,
Polşa hökumətinin “gürcü bandalarını effektiv şəkildə aradan qaldırdığını” qeyd
edib.
Xatırladaq
ki, ötən ay Polşa hökuməti qanunları pozan Gürcüstan vətəndaşlarının martın əvvəlindən
etibarən deportasiyasına başlanacağını bəyan edib.
Polşa hökuməti həmin şəxsləri “qanunları pozaraq Polşada yaşamağın yollarını tapmış cinayətkarlar” olaraq xarakterizə edib.
tag: Polşa, Gürcüstan, Deportasiya, Gürcü, Tusk, todaypress.az,