Polşa hava limanlarını hərbi sistemə uyğunlaşdırır

Dünya

26.02.2025 16:04

2328

Polşa Silahlı Qüvvələri mülki hava limanları da daxil olmaqla, ölkənin bütün hava limanlarını hərbi istifadəyə uyğunlaşdırmağı planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış jurnalistlərə açıqlamasında deyib.

Nazir hər bir hava limanının ordu ilə əməkdaşlıq və işləmək imkanlarına uyğunlaşdırılmalı olduğunun vacibliyini qeyd edib. 

Kamış qeyd edib ki, Polşanın Krakov və Balicedə yerləşən hava limanları artıq mülki-hərbi hava limanlarına çevrilib. 

Paytaxt Varşavadakı Şopen hava limanının bir hissəsi də hərbi məqsədlər üçün istifadə olunur.

Nicat Osman

tag: Polşa ,Silahlı Qüvvələr,Mülki hava limanı ,Vladislav Kosinyak-Kamış,todaypress.az,