Polşa nüvə silahı istəyir
Polşa Rusiyadan gələn təhlükələrə qarşı daha güclü müdafiə üçün nüvə silahlarına çıxış əldə etmək istəyir.
TodayPress xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda bildirib.
O, bu məqsədlə həm Fransanın "nüvə çətiri"nə daxil olmağını, həm də ABŞ ilə nüvə əməkdaşlığını mümkün sayır.
Duda deyib ki, bu iki yanaşma bir-birinə zidd deyil və hər ikisi Polşanın təhlükəsizliyi üçün vacibdir.
Onun sözlərinə görə, NATO yalnız müdafiə ittifaqıdır və Rusiyanın təhdidlərinə qarşı durmaq üçün birgə addımlar atmalıdır.
Qeyd edək ki, Polşa "Nüvə Silahlarının Yayılmaması Haqqında" müqaviləni imzalayıb və özünün nüvə silahına sahib olmamaq öhdəliyi var. Buna baxmayaraq, prezident ABŞ-nin Avropadakı nüvə proqramına qoşulmaq istəyini ifadə edib.
Türkan İsgəndərli
tag: Polşa,Anjey Duda,Nüvə,Silah,Todaypress.az,