Polşa ordusu tank əleyhinə mərmi alacaq

Dünya

01.05.2025 14:10

11

Polşa ordusu, "MESKO" şirkəti ilə imzaladığı müqavilə çərçivəsində 2026-2028-ci illər arasında tank əleyhinə mərmi alacaq. 

TodayPress xəbər verir ki, bu barədə "MESKO"nun mətbuat xidməti məlumat yayıb 

Müqavilənin ümumi dəyəri təxminən 240 milyon zloti (64 milyon dollar) təşkil edir.

Şirkət Polşa Silahlı Qüvvələrinə orta çaplı sursatların tədarükünü təmin edəcək.

Bu, Polşanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə həyata keçirilən bir addımdır.

Türkan İsgəndərli

tag: Polşa,Silah,Mərmi,Ordu,todaypress.az,