Polşa prezidenti NATO ölkələrinə müdafiə xərclərini artırmağı təklif etdi

Dünya

07.03.2025 15:36

2520

Polşa prezidenti Andjey Duda NATO ölkələrinin müdafiə xərclərini ÜDM-nin 3%-ə çatdırmağı təklif etdiyini açıqlayıb.   

TodayPress xəbər verir ki, prezident bunu NATO-nun baş katibi Mark Rutteyə məktub göndərərək deyib.   

"NATO-nun baş katibi Mark Rutteyə yazılı sorğu göndərmişəm ki, Haaqa sammitində xərclər məsələsini qaldırsın. Həmçinin Alyans daxilində qərar qəbul etsin ki, ÜDM-nin ən azı 3%-i, bəlkə də daha çoxu müdafiəyə ayrılsın. 2030-cu ildən yox, dərhal" deyə Duda mətbuat xidməti vasitəsilə bildirib.   

O əlavə edib ki, müdafiə potensialını bərpa etmək üçün qərarlar tez qəbul edilməlidir.   

Aysel Mətləb

tag: Andjey Duda,NATO,Polşa,Müdafiə,Xərc,Todaypress.az,