Polşa qırıcıları havaya qalxdı
Polşa, Rusiyanın müşahidə edilən hərbi fəaliyyətinə cavab olaraq hava qüvvələrini hərəkətə keçirib.
TodayPress xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukraynanın qərbindəki hədəfləri vuran Rusiyanın uzaqmənzilli aviasiyasının fəaliyyəti ilə əlaqədar Polşanın hava məkanında hərbi aviasiya fəaliyyətə başlayıb.
Bundan əlavə, Polşa komandanlığı hava hücumundan müdafiə və radar kəşfiyyat sistemlərini yüksək hazırlıq vəziyyətinə gətirib.
Polşa Silahlı Qüvvələrinin məlumatına görə, bu tədbirlər həssas bölgələrlə həmsərhəd ərazilərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib.
Bu tədbir sonuncu dəfə fevralın 1-də, ondan əvvəl isə yanvarın 15-də – Ukrayna prezidenti Volodimir Zelenskinin Varşavaya səfəri zamanı tətbiq edilib.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayında Polşanın milli müdafiə nazirinin müavini Sezari Tomçik bildirmişdi ki, əgər Rusiya raketləri Polşa ərazisinə yönəlsə, onlar dərhal vurulacaq.
Nicat Osman
tag: Polşa,Rusiya,Qırıcı,Raket,Todaypress.az,