Polşa qırıcılarını havaya qaldırdı
Polşa Rusiyanın hərəkətlərinə görə qırıcı təyyarələrini havaya qaldırıb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin (SQ) Əməliyyat Komandanlığı məlumat yayıb.
Bildirilib ki, Rusiya qoşunları Qərbi Ukrayna ərazisindəki obyektlərə zərbələr endirir. Bununla əlaqədar olaraq Varşava NATO üzrə müttəfiqləri ilə birlikdə qırıcı təyyarələri havalandırıb.
Polşa SQ Komandanlığı qeyd edib ki, görülən tədbirlər təhlükəli ərazilərə bitişik olan yerlərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib.
Türkan İsgəndərli
tag: Polşa,Rusiya,Hava,Qırıcı,todaypress.az,