Polşa Trampın tariflərinin nəticələrini qiymətləndirir
Polşanın Baş naziri Donald Task dünya fond birjalarında baş verən kəskin enişə münasibət bildirib və ictimaiyyəti sakitliyə səsləyib.
TodayPress xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Tarif müharibəsinə reaksiyanın bu cür olacağı gözlənilən idi. Yaponiyadan tutmuş Avropaya və Amerikaya qədər fond bazarlarında baş verən "zəlzələ"ni gərgin qərarlar qəbul etmədən dəf etmək lazımdır” deyə Task paylaşımında qeyd edib.
Baş nazir həmçinin bildirib ki, bu proses Polşa fond bazarına da mənfi təsir göstərib.
Aysel Mətləb
tag: Polşa,ABŞ,TArif,Donald Task,Todaypress.az,