Polşa Ukrayna və ABŞ-yə müraciət etdi

Dünya

11.03.2025 16:23

891

Polşanın Baş naziri Donald Task ABŞ və Ukraynaya uğurlar arzulayıb.   

TodayPress xəbər verir ki, siyasətçi bu barədə "X"də yazıb. 

“Əziz amerikalılar, əziz ukraynalılar, bu şansı qaçırmayın. Bu gün Ciddədə bütün dünya sizi izləyir. Uğurlar!" Task yazıb. 

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ arasında danışıqlar baş tutacaq.   

Türkan İsgəndərli

tag: Donald Task,Polşa,Ukrayna,ABŞ,Todaypress.az,