Polşa Ukraynada pul qazanmaq istədiklərini etiraf etdi

Dünya

15.04.2025 16:36

16

“Polşa da başqaları kimi qazanmaq istəyir, yalnız həmrəyliklə kifayətlənməyəcək”.

TodayPress xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Donald Tusk Varşavada keçirilən Yeni Texnologiyalar Forumunda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Varşava Ukraynaya bundan sonra “naiv şəkildə” yardım etməyəcək.

Tusk açıq şəkildə bildirib ki, Polşa Ukraynanın müharibədən sonra bərpası prosesində maliyyə və iqtisadi maraqlarını qətiyyətlə müdafiə edəcək:

“Elə olmayacaq ki, Polşa həmrəy olsun, digərləri isə Ukraynanın bərpasından qazanc əldə etsin” deyə o xəbərdarlıq edib.

Daha əvvəl Polşanın Avropa İttifaqı üzrə naziri Adam Şlapka bildirib ki, Ukraynanın bərpası üçün tələb olunan vəsait artıq 500 milyard avroya çatıb və bu rəqəm müharibə davam etdikcə daha da artacaq.

Onun sözlərinə görə, yalnız Ukrayna islahatları davam etdirəcəyi təqdirdə bu məbləğin təxminən üçdə birini özəl investorlar qarşılayacaq.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın Qərbə olan borc öhdəlikləri ilə bağlı narahatedici hesabatlar yayılmışdı.

Qiymət Mahir

tag: Polşa,Donald Tusk,Ukrayna,Qərb,todaypress.az,