Polşa Ukraynada sülhməramlı missiyaya logistik dəstək verməyə hazırdır

Dünya

26.02.2025 16:34

2665

“Polşa hökuməti Ukraynada sülhməramlı missiya qərarı qəbul edilərsə, logistik dəstək verməyə hazırdır”.

TodayPress xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk öz sosial şəbəkə hesabında paylaşdığı videomüraciətində bildirib.

“Polşanın mövqeyi aydındır: Polşa əsgərləri bu missiyada, hansı adla olursa olsun, birbaşa iştirak etməyəcək. Eyni zamanda, biz logistik dəstək göstərməyə hazırıq” deyə Tusk vurğulayıb.

Baş nazir əlavə edib ki, Polşa hazırda da bu istiqamətdə fəaliyyət göstərir və zərurət yaranarsa, dəstəyi daha da genişləndirməyə hazırdır.

Qiymət Mahir

tag: Polşa ,Ukrayna,Sülhməramlı,Logistik ,Donald Tusk,todaypress.az,