Polşa: Ukraynaya hərbi yardıma nəzarət ABŞ-dən NATO-ya keçdi

Dünya

26.03.2025 19:42

1016

Ukraynaya edilən bütün hərbi yardıma nəzarət artıq ABŞ-dən NATO-nun strukturuna keçirilib.

TodayPress xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın açıqlamasına istinadən “Reuters” agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, əvvəllər Ukraynaya hərbi yardım əsasən ABŞ ilə Kiyev arasındakı ikitərəfli müqavilələrə əsaslanıb: 

“NATO-nun qərarına uyğun olaraq, Ukraynaya edilən bütün yardım və dəstək missiyası alyansın nəzarətinə keçir. Bu vaxta qədər hər şey ikitərəfli münasibətlər çərçivəsində gedirdi, xüsusilə Ukrayna-Amerika münasibətləri ilə yanaşı, Polşa, Böyük Britaniya və digər ölkələrin güclü dəstəyi mövcud idi” deyə Kosinyak-Kamış bildirib.

Nazir vurğulayıb ki, bundan sonra Ukraynaya hərbi texnikanın tədarükü və xüsusilə də logistik proseslər NATO-nun strukturlarının tam nəzarəti altında həyata keçiriləcək.

Qiymət Mahir

tag: Polşa,Ukrayna,NATO,ABŞ,Todaypress.az,