Polşa Ukraynaya Starlink terminallarının sayını artırır

Dünya

25.02.2025 16:40

989

Polşa Ukraynaya Starlink terminallarının sayını artıraraq cəbhədə sabit rabitəni təmin etməyə davam edir. Bu addım Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır. 

TodayPress xəbər verir ki, bu barədə “Puls Biznesu” məlumat yayıb.

Bildirilib ki, Polşanın rəqəmsal texnologiyalar naziri və baş nazirin müavini Kşiştof Qavkovski qeyd edib ki, xidmət Ukraynanın müdafiə potensialının möhkəmləndirilməsi üçün kritik rol oynayır.

2024-cü ilin sonuna qədər Polşa Ukraynaya 24 400 Starlink terminalı verib. 2024-cü ilin noyabrında əlavə terminallar sifariş edilib və onların tədarükü davam edir.

Polşa bu avadanlıqları Ukraynaya müvəqqəti istifadəyə verir. Bu yanaşma hüquqi və vergi məsələlərindən yayınmağa imkan yaradır. Starlink terminalları Ukrayna ordusunun cəbhədə sabit rabitəsini təmin edir. Müharibə şəraitində onların sayı ehtiyaclara uyğun dəyişir və bəziləri döyüşlər zamanı məhv edilib.

“Polşa Ukrayna cəmiyyətinə və ordusuna internet təmin edir. Starlink sayəsində Ukrayna cəbhəni uğurla qoruyur” deyə Qavkovski vurğulayıb.

Qiymət Mahir

tag: Polşa,Ukrayna,Starlink,Dünya,todaypress.az,