Polşa və Belarus sərhədində vəziyyət gərginləşdi

Dünya

06.04.2025 16:40

26

Polşa və Belarus sərhədində vəziyyət gərginləşib.

TodayPress xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak- Kamışa məlumat yayıb.

Buna səbəb Polşaya keçməyə çalışan aqressiv miqrantlar olub.

Polşalı nazir qeyd edib ki, miqrantlar səddini aşmaq üçün daş, budaq atır, dəyirmanlardan istifadə edirlər. Onun sözlərinə görə, son bir gün ərzində Polşaya qanunsuz daxil olmaq üçün yüzlərlə cəhd qeydə alınıb.

Kosiniak-Kamış hesab edir ki, bu cür hərəkətlərin intensivləşdirilməsi Avropa və Polşanı zəiflətməyə yönəlib.

Türkan İsgəndərli

tag: Polşa,Belarus,Miqrant,Sərhəd,todaypress.az,