Polşa yeni qaçqınlara görə pul tələb edir
Avropa İttifaqı (Aİ) Ukraynadan qaçqınları qəbul etdiyinə görə əvvəlcə Polşaya pul ödəməli, sonra isə miqrasiya paktı tətbiq etməlidir.
TodayPress ”RİA”ya istinadən xəbər verir ki, bunu hakim koalisiyadan Polşa prezidentliyinə namizəd, Varşava meri Rafal Trzaskovski deyib.
O xatırladıb ki, Polşa artıq milyonlarla ukraynalı qaçqını qəbul edib, ona görə də Aİ ona hər hansı miqrasiya paktı tətbiq edə bilməz.
Trzaskovskinin sözlərinə görə, Avropa Komissiyası Polşaya digər qaçqınları qəbul etməkdən imtina etdiyinə görə hər hansı maliyyə cəzası tətbiq etməyə çalışarsa, Varşava Aİ-nin bütün qəbul edilən ukraynalılara görə respublikaya pul ödəməli olduğunu dərhal açıq şəkildə bəyan edəcək.
Siyasətçi həmçinin söz verib ki, o, Polşanın prezidenti seçilərsə, ölkənin Aİ-nin kvotaları üzrə miqrantları qəbul etməyəcəyinə zəmanət verəcək.
Aysel Mətləb
tag: Polşa,Ukrayna,Pul,Qaçqın,Tələb,Todaypress.az,