Polşada kişilərə məcburi hərbi təlim keçiriləcək
Polşa kişilər üçün məcburi hərbi təlimlər tətbiq etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bunu ölkənin Baş naziri Donald Task deyib.
Onun sözlərinə görə, Polşada hər bir yetkin kişiyə genişmiqyaslı hərbi təlim keçmək üçün hazırlıq işləri aparılır.
Respublikanın Müdafiə Nazirliyi ilin sonuna kimi bu cür təlimlərin necə təşkil olunacağı ilə bağlı konkret model hazırlamalıdır.
Qeyd edək ki, Polşa Rusiya ilə müharibə təhlükəsində hesab olunur.
Türkan İsgəndərli
tag: Polşa,Kişi,Məcburi,Hərbi,Təlim,Todaypress.az,