Polşadan Avropa silahlanma çağırışı
“Avropa silahlanma yarışında qalib gəlməlidir”.
TodayPress xəbər verir ki, Polşanın Baş naziri Donald Task bunu Brüsseldə Avropa İttifaqı sammitinin açılışında bildirib.
"Biz Avropa olaraq çox vaxt itirmişik. Amma bu gün həqiqətən də hər şey dəyişib. Mən həm Komissiyanın təklifindən həm də bütün həmsöhbətlərimin qətiyyətindən danışıram. Onlar bunu Paris və Londonda görüşləri zamanı təsdiqləyiblər.
Hər kəs bu çağırışın öhdəsindən gəlməkdə qərarlıdır. Şübhə yoxdur ki, Ukraynadakı müharibə, Amerika administrasiyasının Avropaya yeni yanaşması və hər şeydən əvvəl Rusiyanın başlatdığı silahlanma yarışı bizim üçün tamamilə yeni çağırışlar yaradır. Avropa bu silahlanma yarışına girməli və bu yarışda qalib gəlməlidir" deyə o vurğulayıb.
Qeyd edək ki, Sammitdə Avropa Komissiyası müdafiə üçün 800 milyard avroya qədər vəsaitin ayrılmasını təklif edib.
Aysel Mətləb
tag: Polşa,Ukrayna,Avropa,Silahlanma,Çağırış,Todaypress.az,