Polşalı general: “Tramp ilk raundu Putinə uduzdu”

Dünya

17.04.2025 11:05

16

“ABŞ-nin hazırkı prezidentinin qeyri-effektiv siyasəti Rusiyanın Sumı şəhərinə raket zərbələri endirməsi ilə nəticələndi”.   

TodayPress xəbər verir ki, bu fikri Polşa Silahlı Qüvvələrinin keçmiş generalı Valdemar Skşipçak “RAR” agentliyinə müsahibəsində bildirib.

Generalın sözlərinə görə, Donald Tramp prezident kimi Rusiya ilə ilk danışıqlar raundunu uduzub və bu, Kremlin hücumlarının qarşısını ala bilməyib. 

“Bu hadisə ABŞ administrasiyası üçün daha bir dərs oldu. Ümid edirəm ki, Vaşinqton artıq Rusiyanı daha yaxşı tanıyır və ondan nə gözləmək lazım olduğunu anlayır”  deyə o vurğulayıb.

Skşipçak Trampın mövqeyinin tezliklə dəyişəcəyini və onun Moskvaya qarşı daha sərt, hədəyə əsaslanan siyasət yürüdəcəyini də istisna etməyib.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Rusiya,Putin,Polşa,General,Todaypress.az,