Polşalı rəsmi alkoqolikliyini etiraf etdi
Polşa xarici işlər nazirinin müavini Anjey Şeyna alkoqoldan asılılıq problemini açıq şəkildə etiraf edib.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Nazir müavini ictimai yerlərdə bir neçə dəfə sərxoş vəziyyətdə görünüb.
“Mən alkoqoldan sui-istifadə etdiyimi etiraf edirəm. Bundan zərər çəkən hər kəsdən üzr istəyirəm və mənə dəstək verənlərə, xüsusən də ailəmə və terapevtlərə dərin minnətdarlığımı bildirirəm” deyə Anjey Şeyna bildirib.
Qiymət Mahir
tag: Polşa,Nazir müavini,Alkoqol,Asılılıq,Todaypress.az,