Polşanın Baş nazirinə tüstü bombası atıldı
Polşanın Baş naziri Donald Task və Hollandiyanın Baş naziri Dik Şofun Hollandiyada iştirak etdiyi anım tədbiri zamanı səhnəyə tüstü bombası atılıb.
TodayPress xəbər verir ki, bu barədə "RMF 24" məlumat yayıb.
Tüstü bombası Taskın ayaqları altına düşüb və təhlükəsizlik məqsədilə o, qısa müddətlik səhnədən çıxarılıb. Nəşr bildirir ki, hadisə birbaşa Taska qarşı yönəlməyib.
Türkan İsgəndərli
tag: Polşa,Donald Task,Baş nazir,Hollandiya,