Poroşenkonun partiyası Zelenski ilə görüş tələb edir
Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun "Avropa Həmrəyliyi Partiyası" Volodimir Zelenskidən Ukrayna atom elektrik stansiyalarının ABŞ-yə verilməsi məsələsini müzakirə etmək üçün parlament fraksiyalarının liderləri ilə təcili görüş keçirməyi tələb edir.
TodayPress xəbər verir ki, bu barədə ukraynalı deputat İrina Geraşenko öz “Telegram” kanalında yazıb.
“Ukraynalılar Qərb mediasından Zelenskinin başqa hansı Ukrayna əmlakının bağışlamağa söz verdiyini öyrənəcəklər. İlk növbədə minerallar, indi atom elektrik stansiyaları” deyə deputat bildirib.
Həmçinin Geraşenko Zelenskiyə ABŞ ilə belə danışıqlara başlamazdan əvvəl Ukrayna konstitusiyası ilə tanış olmağı tövsiyə edib.
Aysel Mətləb
tag: Petro Poroşenko,Volodimir Zelenski,Ukrayna,Qərb,