"Porsche" silah bazarına qayıdır

Dünya

03.04.2025 15:02

853

Alman avtomobil istehsalçısı "Porsche" silah bazarına qayıtmağı düşünür.   

TodayPress xəbər verir ki, bu barədə "Europäische Sicherheit und Technik" (ESuT) portalı yazır.  Bildirilib ki, 2024-cü ildə şirkət həm öz qrupu daxilində, həm də “Volkswagen”də milyardlarla dollar zərər çəkib.

İndi "Porsche" biznesin inkişafı üçün yeni imkanları araşdırır və silah bazarına qayıtmağı düşünür. 

Məlumata görə, şirkət konkret inkişaf müqavilələri əvəzinə korporativ investisiyalarla maraqlanır. 

Qeyd edək ki, İkinci Dünya müharibəsi illərində "Porsche" hərbi məhsulların istehsalı ilə məşğul olub.   

Türkan İsgəndərli

tag: Porşe,Silah,Bazar,Dünya,Qiymət,Todaypress.az,