“Porsche” tank istehsalından imtina etdi

Dünya

03.04.2025 18:41

2040

Alman avtomobil istehsalçısı “Porsche” tank istehsal etməyəcək.   

TodayPress “RİA”ya istinadən xəbər verir ki, bu barədə Almaniya holdinqinin nümayəndəsi Kristof Zemelka məlumat verib.   

“Porsche” yenidən tank istehsal edəcək” ifadəsini qəti və birmənalı şəkildə təkzib edə bilərəm” deyə o bildirib.   

Qeyd edək ki, bundan əvvəl media “Porsche”nin itkilərə görə yenidən tank istehsalına başlamaq qərarına gəldiyini yazmışdı.   

Xatırladaq ki, İkinci Dünya müharibəsi illərində “Porsche” şirkəti “Tiger” tankının, “Ferdinand” tank əleyhinə özüyeriyən silahın, “Maus” super ağır tankının və s. istehsalı ilə məşğul olub.   

Aysel Mətləb

tag: Porsche,Tank,İstehsal,İmtina,Todaypress.az,