Portuqaliya prezidenti parlamenti buraxdı
Portuqaliya Prezidenti Marselu Rebelu de Souza ölkə Assambleyasının (birpalatalı qanunverici orqan) buraxılması haqqında fərman imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Prezident Assambleyanın buraxılması və qanunverici orqanlara seçkilərin mayın 18-nə təyin edilməsi haqqında fərman imzalayıb” deyə sənəddə qeyd olunub.
Qeyd edək ki, qarşıdan gələn seçkilər son üç ildə üçüncü olacaq.
Prezidentin parlamenti buraxmaq qərarı deputatların fevralın 11-də başlayan siyasi böhran fonunda Baş nazir Luiş Monteneqrunun rəhbərlik etdiyi hökumətə etimad göstərməkdən imtina etməsindən sonra verilib.
tag: Portuqaliya,Prezidenti,Marselu Rebelu de Souza,Parlament,Todaypress.az,