Portuqaliyada elektrik sistemi bərpa olundu

Dünya

29.04.2025 13:00

11

Portuqaliyada enerji sistemi böyük fasilədən sonra tam stabilləşdirilib. 

TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, yarımstansiyalar bərpa olunub və elektrik təchizatı normallaşıb.

Xatırladaq ki, aprelin 28-də İspaniya, Portuqaliya və Fransa sərhədlərində yerləşən bölgələrdə geniş miqyaslı elektrik kəsilməsi baş verib.

Elektrik kəsintisinin səbəbi hələ dəqiq məlum deyil. Texnoloji nasazlıq və ya kiberhücum ehtimalları araşdırılır.

Türkan İsgəndərli

tag: Portuqaliya ,Elektrik enerjisi,İşıq,Stansiya,todaypress.az,