Portuqaliyada növbədənkənar seçkilər keçiriləcək
Portuqaliya Prezidenti Marselo Rebelu de
Souza martın 13-ü axşamı müraciətində parlamentin buraxılmasını elan edib.
TodayPress xəbər verir ki, dövlət başçısının çıxışını
Qanunverici orqan martın 11-də Luiş Monteneqrunun
hökumətinə etimadsızlıq göstərib. Portuqaliya Prezidentinin qərarı Dövlət
Şurasının – konstitusiyaya əsasən, bu cür qərarlar üçün iştirakı məcburi olan
məsləhət orqanının iclasından sonra qəbul edilib.
De Souza parlamentin buraxılmasından sonra növbədənkənar
seçkilərin “əksər partiyaların üstünlük verdiyi tarix” olan mayın 18-də
keçiriləcəyini bildirib.
Qeyd edək ki, bu, son üç ildə ölkədə keçirilən üçüncü
parlament seçkiləri olacaq.
tag: Portuqaliya,Parlament, Seçki, Marselo, Prezident, todaypress.az,