"Prada" "Versace"ni aldı
"Prada" moda evi İtaliyanın "Versace" brendini alıb.
TodayPress xəbər verir ki, bu barədə “Vogue Business” məlumat yayıb.
Bildirilir ki, müqavilənin dəyəri 1,25 milyard avro (1,39 dollar) olub.
Prosesin 2025-ci ilin ikinci yarısında başa çatdırılması gözlənilir.
"Biz "Versace"ni "Prada" qrupunda salamlamaqdan şadıq. Biz ona sərmayələr, davamlı əməkdaşlıq platforması təqdim edəcəyik" deyə "Prada"nın sədri bildirib.
Türkan İsgəndərli
tag: Versace,Prada ,Satın,Moda Evi,Todaypress.az,