Professor: “ABŞ-nin Çinlə ticarət müharibəsi baha başa gələcək”

Dünya

14.04.2025 19:02

22

“ABŞ-nin Çinlə başladığı ticarət müharibəsi Vaşinqton üçün ciddi iqtisadi nəticələrə səbəb ola bilər”. 

TodayPress xəbər verir ki, bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Glenn Dizen “X” sosial şəbəkəsində paylaşım edib.

“Çin böyük ölçüdə özünütəminatlıdır, ABŞ isə nadir torpaq elementləri və digər xammallar baxımından Çindən son dərəcə asılıdır. Bu iqtisadi müharibə ABŞ üçün baha başa gələn səhv olacaq”  deyə professor qeyd edib.

Qeyd edək ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkədən idxal olunan məhsullara yeni tarif sistemi tətbiq edib.

Yeni sistemə əsasən, bütün mallar üçün əsas tarif dərəcəsi 10% müəyyən edilsə də, Çin üçün bu göstərici 34%, Vyetnam üçün 46%, Avropa İttifaqı üçün isə 20% təşkil edir.

Cavab olaraq Çin də ABŞ-dən gətirilən mallara 34%-lik tarif tətbiq edib. İki ölkə arasında artan gərginlik fonunda Vaşinqton Çinə qarşı tarifləri 145%-ə qaldırıb, Pekin isə ABŞ məhsullarına tətbiq etdiyi gömrük rüsumlarını 125%-ə çatdırıb. 

Qiymət Mahir

tag: ABŞ,Çin,Ticarət,Savaş,Todaypress.az,