Professor: “ABŞ siyasətdə səhv etdi, indi çıxış axtarır”

Dünya

05.04.2025 10:50

2865

ABŞ administrasiyası Rusiyaya qarşı yürüdülən siyasətdə yanlış hesablamalara yol verib və indi eskalasiyanın nəticələrini dəyərləndirərək geri addım atmaq istəyir. 

TodayPress xəbər verir ki, bu barədə Kolumbiya Universitetinin professoru Ceffri Saks “İzvestiya” nəşrinə müsahibəsində bildirib.

Saks qeyd edib ki, Vaşinqton Moskvanın güzəştə gedəcəyini və Qərbin eskalasiya addımlarına cavab verməyəcəyini düşünüb, lakin bu strategiya iflasa uğrayıb.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp administrasiyası Kiyevə dəstəyi dayandırmaq və münaqişəni bitirmək niyyətindədir.

“Vaşinqton indi bu uduşsuz vəziyyətdən “üzü ağ” çıxmağa çalışır” deyə professor bildirib.

Saks hesab edir ki, ABŞ gələcəkdə Rusiya ilə iqtisadi və digər sahələrdə münasibətləri bərpa etmək niyyətindədir.

Qiymət Mahir

tag: ABŞ,Siyasət,Rusiya,Səhv,Todaypress.az,