PUA helikopterlə toqquşdu

Dünya

17.03.2025 14:45

2813

Cənubi Koreyada "Hero" tipli pilotsuz uçan aparat (PUA) "Surion" helikopteri ilə toqquşub.   

TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. 

Toqquşma pilotsuz təyyarənin Yanju şəhərindəki hərbi bazaya enməyə cəhd edərkən baş verib.

Hərbçilərin sözlərinə görə, insident zamanı xəsarət alan olmasa da, avadanlıq tamamilə yanıb. 

Yanğın təxminən 20 dəqiqədən sonra söndürülüb.  Qəzanın dəqiq səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.   

Türkan İsgəndərli

tag: Cənubi Koreya,PUA,Helikopter,Toqquşma,Qəza,Todaypress.az,