Puşkov Makron və Starmeri tənqid etdi

Dünya

27.03.2025 11:26

1839

“Ukraynaya yardım məqsədilə yaradılan “Ukraynaya kömək etmək istəyən ölkələrin koalisiyası” real fəaliyyətə yox, görüntüyə hesablanıb”. 

TodayPress xəbər verir ki, bu fikri Rusiya Federasiya Şurasının informasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov özünün “Telegram” hesabında yazıb. 

Senatorun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer bu koalisiyanı formalaşdırmaqla real nəticələr əldə etməyi yox, özlərini təsirli və lider kimi göstərməyi hədəfləyirlər: 

“Onların əsas məqsədi görünməkdir. Sanki Ukraynadakı sülh onlardan asılıdır. Halbuki bir tərəfdən bu sülhə mane olur, digər tərəfdən isə ABŞ-nin yanında görünmək istəyirlər ki, unudulmasınlar” deyə Puşkov bildirib. 

O həmçinin Makronu tədbir və sammitlər vasitəsilə öz liderliyini nümayiş etdirməyə çalışmaqda ittiham edib: 

“Bu tədbirlərin məqsədi yalnız hiperaktivlik təəssüratı yaratmaq və Makronu idarəedici fiqur kimi göstərməkdir”. 

Qiymət Mahir

tag: Rusiya,Aleksey Puşkov,Makron,Starmer,Tənqid,Todaypress.az,