Putin: “Avropada bölünməz təhlükəsizlik sistemi yaradılmalıdır”

Dünya

27.02.2025 18:00

991

Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FSB) genişləndirilmiş kollegiya iclasında Avropada vahid və bölünməz təhlükəsizlik sisteminin yaradılmasının vacibliyini vurğulayıb. 

TodayPress xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.

Putinin sözlərinə görə, bu sistem maraqlar balansını və qarşılıqlı hesablaşmanı təmin etməlidir.

“Biriləri öz təhlükəsizliyini başqalarının hesabına və ya onların ziyanına qura bilməz. Xüsusilə də bu, Rusiyanın hesabına ola bilməz” deyə o, bəyan edib.

Qiymət Mahir

tag: Putin,FSB,Avropa,Təhlükəsizlik,İclas,Todaypress.az,