Putin BƏƏ prezidenti ilə telefon danışığı apardı
Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin ( BƏƏ ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığı aparıb.
TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Putin Rusiya və Ukrayna arasında məhbusların mübadiləsinin təşkilində Əmirliyin göstərdiyi yardımı yüksək qiymətləndirib” bəyanatda deyilir.
Qeyd olunur ki, Əmirlik tərəfinin səyləri nəticəsində 246 rusiyalı hərbçi Pasxa bayramı ərəfəsində Rusiyaya qayıda bilib.
tag: Putin,BƏƏ,Telefon,Görüş,Todaypress.az,